Bakıda ağır qəza törədən sürücü öldü
Paytaxtın Xətai rayonu ərazisində “BakuBus” MMC-yə məxsus 2 saylı avtobusla toqquşan “KİA Rio” markalı minik avtomobilinin sürücüsü dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, hadisə fevral ayının 14-də Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib.
Belə ki, “KİA Rio” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emin Vahid oğlu Məmmədov hərəkətdə olarkən idarəetməni itirib və 2 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət nömrə nişanlı avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik avtomobilinin sürücüsü E.Məmmədov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır