Bakıda 25 yaşlı qadın əri tərəfindən bıçaqlanıb

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon prokurorluğundan Minval.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızılgüllər toxuyaraq satan əlillin pulları oğurlandı - FOTOLAR
Yasamalda maşın aşdı, yaralılar var - VİDEO
3 maşın toqquşdu, qadın sərnişin öldü
Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var
"Yeni Klinika" ya xəstə qəbulu üçün 2000-2500 manat tələb edilirdi - Məhkəmə
Bakıda boya sexində baş verən yanğın söndürülüb
Bakıda qəza: Xəsarət alan var - FOTO