13.11.2018 - 14:13
Hadisə 25 baxış

Bakıda 15 yaşlı qızdan inanılmaz hərəkət

Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.

Minval.info “publika.az”a istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib.

Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və “İPhone” markalı telefonu da özü ilə aparıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

15 yaşlı qızın harada olduğu hələlik məlum deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: