Bakıda uşaq qrildən zəhərlənib öldü - Anası komadadır
Bakıda bir ailənin üzvləri zəhərlənib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.
Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.
Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Zəruri istintaq hərəkətləri aparılıb, iş üzrə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Onların zəhərlənməsinin səbəbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Lakin ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, onlar qrildən zəhərləniblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır