Bakı-Sumqayıt yolu yenə bağlanır
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Minval.İnfo”ya verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından “Stend Atıcılığı” idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”, – deyə məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Azərbaycanda unun topdansatış qiyməti artdı
Nərimanov və Yasamalda gəlirli biznes imkanları
Bakıda su kollektorunun problemi niyə həll olunmur?
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu