Bakı müdafiəni yarıb Naxçıvana çata bilərdi - Felgenhauer
Azərbaycan istəsəydi, Naxçıvana dəhliz açardı. Rəsmi Bakının müdafiəni yarıb Naxçıvana çatmaq imkanı var.
“Minval.info” Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“Prinsipcə, onlar bunu edə bilərlər. Amma bu, daha ciddi döyüşlərə, Azərbaycanla Rusiya arasında birbaşa qarşıdurmaya səbəb olardı. Çünki orada rus sərhədçiləri var. Baxmayaraq ki, onlardan yan keçmək olar, lakin istənilən halda bu, Rusiya ilə münaqişə ilə nəticələnə bilər. Azərbaycan, deyəsən, hələ buna hazır deyil”, – politoloq bildirib.
Felgenhauer İranın bu vəziyyəti ehtiyatla izlədiyini deyib:
“Tehran Ermənistanla yaxşı münasibətlərdədir. Bundan başqa, İsraillə yaxın hərbi-texniki əlaqələrə görə Azərbaycana İranda şübhə ilə yanaşılır. Lakin İranın bu proseslərə birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Onların başqa problemləri var. Onlar üçün əsas ABŞ və İsraillə qarşıdurmadır”.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirusun çimərliklərdə yaratdığı yeni trend - FOTO
Flora Kərimova göz yaşlarını saxlaya bilmədi: "Yiyələri yoxdur" - VİDEO
Türk ordusu Bakıda - VİDEO
“Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın”