Bakı metrosunda qatar adam vurdu
Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.
Apa xəbər veriri ki, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.
Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.
Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bu gün saat 13:41-də “Neftçilər” stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu