Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı
Bu gün səhər saat 08:30 radələrində “Dərnəgül” istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.
Bakı Metropoliteni QSC-nin metbuat xidmətinin rəhbəti Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, “Dərnəgül” istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, “Azadlıq” stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:
“Yalnız “Dərnəgül” stansiyasında problem olur. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər “Azadlıq” stansiyasında qatardan boşaldılsın. Yalnız sərnişinlərin təhlükəsizliyi baxımından heç bir problem yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislamın təyyarəsi: Qardaşlıq jesti və təkzib
Bakının bəzi ərazilərində işıq kəsiləcək!
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri