06.12.2018 - 12:16
Hadisə
25 baxış
Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə ölüb
Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.
“Minval.info”-nun Qafqazinfo-ya istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.
Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29