Bərdədə yalan məlumat verən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Minval.info”a verilən məlumata görə, Ağcabədi rayon Hüsülü kənd sakini Zabil Əhmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki yeməkxanaların birində olarkən naməlum şəxs tərəfindən ona xəsarət yetirilməsi və 7600 manat pulunun ələ keçirilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanıılıb. Araşdırmalar zamanı Z.Əhmədovun 10800 manat məbləğində borclu olduğu və həmin borcu qaytara bilmədiyi üçün özünə xəsarət yetirərək 7600 manat pulunun oğurlanması görüntüsü yaratmaq məqsədi ilə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır