Bərdədə sabiq bələdiyyə sədri həbs edildi

Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bərdə Rayon Prokurorluğundan Minval.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Rusiyadan birgə "Sərhəd" əməliyyatı
Novxanıda istirahət mərkəzində kütləvi dava
Narkokuryerin nağılı - Bağlama otelin qarşısında "sahibinə" çatdı
Bakıda kafedə dava düşüb, ölən var
Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin SON VƏZİYYƏTİ
Bakıda piyada avtobusun altında qalıb
Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO