Azyaşlı Aylanın xatirəsi cəsədinin tapıldığı sahildə yad edilib

Türkiyədə altı il əvvəl Egey dənizinin Bodrum sahillərində qayığın batması nəticəsində dünyasını dəyişən suriyalı azyaşlı Aylanın xatirəsi yad edilib.
“MİNVAL.İNFO” “Anadolu”ya istinadən xəbər verir ki, Aylanın cəsədinin aşkarlandığı sahildə anım mərasimi keçirilib.
Mərasimə hazırda çəkilişləri davam etdirilən “Aylan Baby” filminin kollektivi də qatılıb.
Mərasim iştirakçıları tərəfindən çiçəklərlə sahildə “Aylan Baby” ifadəsi əks olunub. Daha sonra aralarında uşaqların da olduğu qrup Aylanın ölümünü simvolizə etmək üçün sahildə uzanaraq qaçqınların çəkdiyi əziyyətlərə diqqəti cəlb etməyə çalışıblar.
Qeyd edək ki, 2015-ci ilin sentyabrın 2-də 14 suriyalı qaçqının olduğu qayığın Egey dənizinin Bodrum sahillərində batması nəticəsində həyatını itirən 5 nəfərdən biri də azyaşlı Aylan olub. Uşağın cansız bədəni Akyarlar məhəlləsinin sahillərində tapılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır