Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?

Rusiyanın Smolensk vilayətində azaraq üç gün meşədə qalan azyaşlının valideynləri onun başına gələnlərdən danışıblar.
İki yaşlı qızın Kp.ru-ya müsahibə verən anası deyib ki, uşağı böyük bacısının yanında qoyub gedib, 10 dəqiqə sonra qayıdanda onu tapmayıb.
Avqustun 17-də itən uşağın tapılması üçün yüzlərlə insan cəlb olunub və o, 3 gün sonra, ayın 20-də tapılıb. Axşamlar tempraturun +10 dərəcə olduğu meşədə qızcığazın necə sağ qalmasına isə atası aydınlıq gətirib. O deyib ki, uşaq dünyaya gələndən qış aylarında bacısı ilə hovuzda üzüb:
“O fiziki cəhətdən güclüdür, cəsarətli və inadkardır. Həmişə axıra qədər getməyi xoşlayır. Çox güman ki, bu keyfiyyyətlərinə görə sağ qalıb”.
Sən demə meşədə qaldığı müddətdə o kiçik bir çayı da üzərək keçib.
Uşağın qorxmaması üçün onu yalnız qadınlar adı ilə səsləyib. Onun tapılması isə qəfil olub. Axtarış qrupu oturub dincələndə səs eşidiblər. Bu zaman qızlardan biri uşağı səsləyib və uşaq onlara cavab verib.
Körpənin üst-başı cızılmış olsa da, əhvalı şən olub. Uşağın anası deyib ki, körpəsi ondan ayrı qalmır. Eyni zamanda o qeyd edib ki, uşaqda heç bir psixoloji dəyişiklik yoxdur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır