Azərbaycanda dəhşətli qəzada ölən vəzifəli şəxsin FOTOLARI
Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Salyan rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Minval.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də saat 17 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşubr. Nəticədə “BMW”-nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, dəhşətli qəzada vəfat edən 27 Ağalarov Seyidabdulla Şahin oğlu Qaraqaşlı kənd icra nümayəndəliyinin mühasibi olub. Avtomobildə onunla birgə Qaraqaşlı kənd icra nümayəndəsinin müavini Tural Tanrıverdiyev də olub və həmin şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, S.Ağalarov ali təhsilli olub, 3 il əvvəl ailə həyatı qurub və yenicə ata olubmuş.
Onun bəzi fotolarını təqdim edirik:
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ŞOK ŞANTAJ: Bazarlıq etdirib, restoranda hesab ödətdilər
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Yük avtomobili ilə sərnişin avtobusu toqquşub, 4 yaralı - FOTO
Azərbaycanda "təhlükəsizlik orqanı rəsmisi” saxlanıldı - Foto
Tovuzda qohumlar arasına silahlı insident oldu - Səbəb
Tərtərdə traktor aşdı, sürücü xəstəxanalıq oldu
"Medera Hospital"da ölüm hadisəsi













