Azərbaycan gimnastları Avropa Oyunlarına lisenziya qazandı
Azərbaycan gimnastları 2027-ci il iyunun 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına bir neçə növdə iştirak hüququ əldə ediblər. Aprelin 8-dən etibarən baş tutan təsnifat yarışlarında idmançılarımız müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış edərək lisenziya qazanıblar.
Minval.info xəbər verir ki, aprelin 8-dən 12-dək Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziya əldə ediblər. Sentyabrın 11-dən 13-dək İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov IV Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hakim səhvi: AFFA rəsmisi təsdiqlədi!
Naxçıvanda fabrik işçilərinin şikayətləri araşdırılır
Müəllim diplomlu işsizlərin sayı azalacaq
Azərbaycanda sosial müavinətlərin 60%-i xanımlara aiddir
Xarici onlayn xidmətlərə vergi nəzarəti artırılır
Seyid Rza Əlizadə: Türküstanın maarifçi səsi
Bakıda supermarketdən alınan turşudan milçək çıxdı