16.09.2026 - 15:39
Kriminal 18 baxış

Moon Kids" bağçasının direktoruna şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi başa çatıb. O, dələduzluq ittihamı ilə 3 il sınaq müddəti olmaqla şərti cəzaya məhkum edilib.

Minval.info xəbər verir ki, məhkəmənin hökmünə əsasən, Havvaxanım Rüstəmova 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Lakin bu cəza 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Həmçinin, onun barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub. Dövlət ittihamçısı isə onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, Havvaxanım Rüstəmova 2024-cü ilin iyul ayında saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb. Havvaxanım Rüstəmova Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra bu tədbir ev dustaqlığı ilə əvəz olunub və “Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: