16.09.2026 - 15:18
Ölkə 21 baxış

Müəllim diplomlu işsizlərin sayı azalacaq

Azərbaycanda müəllimlik ixtisaslarına qəbul planının azaldılması davam etdiriləcək və bu addımın əsas məqsədi təhsilin keyfiyyətini artırmaqdır. Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

Minval.info xəbər verir ki, bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 76 min nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Bakalavriat üzrə 64 469 yer təqdim edilib və onların 30 235-i dövlət sifarişi əsasında olub. Magistratura üzrə isə 18 384 yer təqdim olunub. Nazir bildirib ki, müəllimlik ixtisaslarına qəbul sayının azaldılması təhsilin keyfiyyətini artırmaq və sistemin real ehtiyaclarına uyğun sayda müəllim hazırlamaq məqsədini daşıyır.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, müəllim ixtisasına qəbul planının azaldılması Azərbaycanda müəllim qıtlığının yaranmasına səbəb olmayacaq. Hər il müəllimlərin işə qəbulu üzrə imtahanlara müraciət edənlərin sayından 10 dəfə az vakansiya çıxarılır. Bu addım gələcəkdə işsiz müəllim ordusu yaratmaqdansa, mərhələli şəkildə müəllim ixtisasına qəbulun sayını azaltmaqla, problemin qarşısının alınmasına hesablanıb.

Ekspertin fikrincə, bu addım məqsədli və doğru düşünülmüş bir plandır. Ölkədə 9 universitetdə pedoqoji kadrlar hazırlayan ixtisaslar var və onların hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş plana uyğun qəbul həyata keçirdiklərini nəzərə alsaq, deməli hər 4 ildən bir əmək bazarına minlərlə müəllim ixtisaslı şəxslər çıxır. Bu əsasda təcrübə göstərir ki, müəllimlərin işə qəbulu prosesində müraciət edənlərin təxminən onda biri qədər az vakansiya yeri yaradılmalıdır. Plan həyata keçərsə, gələcəkdə müəllim diplomlu işsizlərin sayı xeyli azalacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: