Naxçıvanda fabrik işçilərinin şikayətləri araşdırılır
Naxçıvanda yerləşən “Nati” Biskvit və Şokolad Fabrikinin işçiləri ağır iş şəraitindən narazılıq edirlər. Onlar bildirirlər ki, fabrikdə gündəlik iş saatları 12-14, bəzi hallarda isə 16 saata qədər uzanır. İşçilər şənbə günləri də işlədiklərini və əməkhaqlarının çox aşağı olduğunu qeyd edirlər.
Minval.info xəbər verir ki, işçilər bu şərtlərə etiraz edənlərin işdən çıxarıldığını və buna görə də digər əməkdaşların işlərini itirmək qorxusundan şikayət etməkdən çəkinmələrini iddia edirlər. Onlar aidiyyəti qurumlardan fabrikdə iş saatlarının, əməkhaqlarının və ümumi əmək şəraitinin yoxlanılmasını tələb edirlər.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu barədə hər hansı müraciət daxil olmayıb. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı iddialar araşdırılacaq və nəticələr barədə əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllim diplomlu işsizlərin sayı azalacaq
Azərbaycanda sosial müavinətlərin 60%-i xanımlara aiddir
Xarici onlayn xidmətlərə vergi nəzarəti artırılır
Seyid Rza Əlizadə: Türküstanın maarifçi səsi
Bakıda supermarketdən alınan turşudan milçək çıxdı
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə