16.09.2026 - 15:25
Lent 19 baxış

Saturnun cənubunda sirli 10 tərəfli dalğa aşkarlanıb

NASA-nın “Hubble” kosmik teleskopu Saturnun cənub qütbü ətrafında nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlayıb. Bu yeni quruluş “Science Advances” jurnalında dərc olunan araşdırmaya əsasən “dekagon” adlandırılır və planetin müxtəlif atmosfer qatları boyunca uzanır. Son illərdə güclənərək formalaşan bu struktur, Saturnun şimal qütbündəki məşhur altıbucaqlı quruluşa bənzəsə də, fərqli olaraq 10 tərəfli olması ilə seçilir.

Minval.info xəbər verir ki, alimlər bu quruluşun 2023-cü ildən “Hubble” məlumatlarında izlərini müşahidə ediblər. İlk əlamətlər 2024-cü ildə həvəskar astronomlar Trevor Barri və Jan-Pol Oje tərəfindən yerüstü görüntülərdə aşkar edilib. Araşdırmanın baş müəllifi Aqustin Sançes-Laveqa və digər tədqiqatçılar “Hubble” və “James Webb” kosmik teleskoplarının köməyi ilə müşahidələri davam etdirərək, bu 10 tərəfli dalğanın uzunmüddətli formaya çevrilib-çevrilməyəcəyini araşdıracaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: