Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
ABŞ-nin orbitə silahlı sistemlər yerləşdirdiyini rəsmən açıqlaması Rusiyanın kəskin reaksiyasına səbəb olub. Moskva, Vaşinqtonu kosmosda silahlı qarşıdurmanın dağıdıcı nəticələrini nəzərə almamaqda ittiham edib. Minval.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-ın şəxsi maraqları naminə bəşəriyyətin gələcəyini riskə atdığını bildirib. Zaxarova, Rusiyanın kosmosda silahların tamamilə qadağan edilməsi ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk, ABŞ qüvvələrini düşmən fəaliyyətlərindən qorumaq məqsədilə orbitə “kosmosa nəzarət silahları” yerləşdirildiyini təsdiqləyib. Mütəxəssislər bu sistemlərin düşmən peyklərinin rabitəsini kəsmək üçün radio maneələri, elektron müharibə platformaları və ya peykləri hədəf alan “ovçu” sistemlər ola biləcəyini ehtimal edirlər. Hərbi analitiklər ABŞ-ın bu addımını orbitdə hərbi imkanlarını genişləndirən Çinin texnoloji inkişafına qarşı siyasi mesaj kimi qiymətləndirirlər.
Rusiya və Çinin də uzun müddətdir peyk əleyhinə texnologiyalar, peyklərə yaxın məsafədə manevr edə bilən sistemlər və peyk “ovçuları” üzərində sınaqlar apardığı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb