16.09.2026 - 16:21
Dünya 21 baxış

Hüceyrələrin erkən qocalması xərçəng riskini artırır

Yeni beynəlxalq araşdırma nəticəsində məlum olub ki, 55 yaşdan aşağı insanlarda artan xərçəng hallarının səbəblərindən biri hüceyrələrin təqvim yaşından daha sürətli qocalmasıdır. Araşdırma Vaşinqton Universiteti Tibb Fakültəsinin rəhbərliyi ilə aparılıb və ABŞ və Böyük Britaniyadan 160 mindən çox insanın genetik, bioloji və həyat tərzi ilə bağlı məlumatları təhlil edilib.

Minval.info xəbər verir ki, araşdırma nəticəsində son nəsillərdə doğulan insanların eyni təqvim yaşında əvvəlki nəsillərlə müqayisədə hüceyrə və orqan səviyyəsində daha yaşlı bioloji profilə sahib olduğu müəyyənləşdirilib. Bioloji yaşı xronoloji yaşından daha sürətlə irəliləyən şəxslərdə gənc yaşlarda xərçəng riskinin 15%-dək yüksəldiyi aşkar edilib. Tədqiqatçılar sürətlənmiş bioloji qocalmanın xüsusilə ağciyər, uşaqlıq yolu və mədə-bağırsaq sistemi xərçəngləri ilə əlaqəli olduğunu bildiriblər.

Araşdırmaya rəhbərlik edən doktor Yin Cao bildirib ki, müasir ətraf mühit və həyat tərzinin orqanizmdə yaratdığı hüceyrəvi dəyişikliklər xərçəngə meyilliliyi artıra bilər. Onun sözlərinə görə, gələcəkdə bioloji yaşın ölçülməsi yüksək risk qrupunda olan gənclərin hələ sağlam olduqları dövrdə müəyyən edilməsinə, bununla da müayinə və profilaktik tədbirlərin daha erkən yaşlarda başlanmasına imkan verə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: