16.09.2026 - 14:57
Ölkə 13 baxış

Azərbaycanda sosial müavinətlərin 60%-i xanımlara aiddir

Azərbaycanda 2026-cı ilin avqust ayında yaşa görə sosial müavinət alanların statistikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açıqlanıb. Hazırda ölkədə 178,498 nəfər 220 manat məbləğində sosial müavinət alır. Bu şəxslərin 60,1 faizi qadınlar, 39,9 faizi isə kişilərdir.

Minval.info xəbər verir ki, ölkədə qadın-kişi nisbəti təxminən bərabər olsa da, sosial müavinət alanlar arasında qadınların üstünlük təşkil etməsi diqqət çəkir. İqtisadçı ekspert Natiq Cəfərli bu vəziyyəti qadınların iş tapmaqda çətinlik çəkməsi və bəzi hallarda ümumiyyətlə işləməməsi ilə izah edir. O, həmçinin sosial müavinətlərin məbləğinin artırılmasının vacibliyini vurğulayaraq, bu rəqəmin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılmasını təklif edir.

Digər iqtisadçı ekspert Fuad İbrahimov isə bu vəziyyəti sosial ənənələrlə əlaqələndirir. Onun fikrincə, bölgələrdə yaşayan və ya qeydiyyatda olan şəxslər arasında sosial müavinət alanların sayı daha çoxdur. Bu, qadınların sosial müavinət almağa daha çox meyilli olmasına səbəb olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: