16.09.2026 - 14:36
Ölkə 18 baxış

Xarici onlayn xidmətlərə vergi nəzarəti artırılır

Azərbaycanda xarici onlayn xidmətlərə vergi nəzarəti gücləndirilir. Nazirlər Kabineti tərəfindən 30 oktyabr 2023-cü il tarixində təsdiqlənmiş qərara əsasən, elektron ticarət vasitəsilə iş və xidmətlər təqdim edən qeyri-rezidentlər, dövriyyələri təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu məbləğdən aşağı olan qeyri-rezidentlər isə könüllü olaraq vergi uçotuna alınacaqlar.

Minval.info xəbər verir ki, iqtisadçı Xalid Kərimli bu qərarın yerli sahibkarlar üçün rəqabət şəraitini yaxşılaşdıracağını bildirib. O qeyd edir ki, əvvəllər qeyri-rezidentlər Azərbaycanda vergi ödəmədən xidmətlərini təqdim edə bilirdilər, bu isə yerli sahibkarlar üçün rəqabət çətinlikləri yaradırdı. Yeni qərar ilə xarici sahibkarlar da yerli sahibkarlarla eyni vergi rejiminə tabe olacaq.

Ekspertin fikrincə, bu addımın mənfi tərəfi iri qeyri-rezidentlərin Azərbaycan bazarında fəaliyyət göstərmək istəklərinin azalması ola bilər. Eyni zamanda, bu qərar xarici platformaların xidmətlərinin qiymətinin artmasına səbəb ola bilər ki, bu da yerli istifadəçilərin xərclərini artıracaq. Lakin qərarın müsbət tərəfləri də var: yerli sahibkarlarla bərabər şərtlər formalaşacaq və dövlətin vergi gəlirlərinin bazası genişlənəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: