24.07.2018 - 17:07
Sosial
2 baxış
“Azərişıq”da kütləvi ixtisarlar başladı - 10 nəfər işdən çıxarıldı
“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində 10 nəfərə yaxın şəxs işdən çıxarılıb.Minval.İnfo Aztoday.az-a istinadən xəbər verir ki, işdən çıxarılanlar Ağcabədi rayon şöbəsinin rəisi Fariz İsmayılovu qanunlara məhəl qoymamaqda və merkantil maraqlar güdməsində ittiham edirlər.
Qeyd edək ki, işdən çıxarılanlar arasında təcrübəli elektriklər də var. Məsələn, 20 ildir bu sahədə çalışan ali təhsilli elektrik Hafiz Xəlilov əsassız bir səbəbdən işdən çıxarılıb. Hafiz Xəlilov “Azərişıq” ASC-nin sədri Baba Rzayevə yazdığı müraciətdə bildirir ki, məzuniyyətdə olarkən müalicə olunduğuna görə işə getməməyi səbəbindən heç bir xəbərdarlıq edilmədən və əsassız olaraq əmək müqaviləsinə xitam verilib.

2 övlad atası olan Hafiz Xəlilovun təqdim etdiyi sənədlərdən məlum olur ki, o “Azərişıq” ASC-nin çox təcrübəli işçilərindən biri olub.

“Azərişıq” ASC-nin sədri Baba Rzayevin imzaladığı əmrdə isə deyilir ki, Hafiz Xəlilovla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilib.
İşdən çıxarılan mühəndis-nəzarətçi Rövşən Məmmədovla imzalanan əmək müqaviləsinə də oxşar səbəbdən xitam verilib.

İşdən çıxarılan işçilər iddia edir ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində yerliçilik edilir və idarə rəisi Canəhməd Əhmədovun Ağcabədi EŞ-nə qoyduğu müdir Fariz İsmayılovun yerli işçilərə mənfi münasibət sərgiləyir.
Ağcabədi rayon EŞ-də baş verənlərlə bağlı “Azərişıq” ASC-dən münasibət öyrənmək mümkün olmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ələtdə şəhidin anım mərasimi keçirildi - Fotolar
15.10.2021 - 16:02
Qarabağdakı yol layihələrində 45 mindən artıq adam işləyir
21.06.2022 - 12:31
Qış rejiminə keçdik, istilik enerji təchizatında durum...
17.11.2020 - 09:05
600 min nəfərə aprel üçün 190 manatın ödənilməsi yekunlaşdı
06.05.2020 - 10:07
İdman mərc oyunlarından 500 manata qədər gəlir əldə edənlər vergi ödəməyəcək
17.12.2021 - 20:49
Azərbaycanda 320 min işsizə birdəfəlik ödəniş edilib
22.04.2020 - 19:01