Azərbaycanlı qız "The X Factor"da münsifləri heyran etdi

İsraildə “The X Factor” musiqi yarışmasının yeni mövsümü start götürüb.
MİNVAL.İNFO xəbər verir ki, yarışmanın ilk buraxılışında münsif qarşısına Kama Kamila adlı azərbaycanlı qız çıxıb. O, “Eurythmics”in repertuarından “Sweet dreams” mahnısını oxuyub. Kama ifası zamanı mahnını muğamla sintez edib.
O, eyni zamanda səhnə çıxışında qavaldan istifadə edib.
Münsif kürsüsündə oturanlar arasında “Eurovision 2018″də İsrailə birincilik qazandıran Neta Barzilay da yer alıb.
Qeyd edək ki, Kamanın atası azərbaycanlı, anası isə yəhudidir. O, 5 yaşından musiqi təhsili almağa başlayıb. Bu il İsraildə “X Factor” qalibi ölkəni “Eurovision 2022″də təmsil edəcək. Əgər Kama qalib olarsa, o, “Eurovision 2022″də İsraili təmsil etmə şansı qazanacaq.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi