Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. APA-nın Rusiya bürosunun məlumatına görə, bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.
Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
