Azərbaycanlı gənc ifası ilə türk münsifləri ağlatdı - VİDEO
Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə “TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub.
Oxu.Az xəbər verir ki, yüzlərlə iştirakçı arasından finala 5 nəfər qalıb və Fərhad gözəl ifası ilə hər kəsdən fərqlənərəq birinci yerə layiq görülüb.
Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı Fərhadın ifasını göz yaşları içində dinləyib. O, “Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” deyə azərbaycanlı gəncin ifasına fikir bildirib.
Verilişin aparıcısı Duygu Atakan da Fərhad Rəhimlinin ifasını göz yaşlari içərisində dinləyib.
Qeyd edək ki, bu Fərhad Rəhimlinin beynəlxalq arenada ilk uğurudur. O Azərbaycan klassik və bəstəkar musiqilərini dünyada tanıtmağı qarşısına məqsəd qoyub.
https://www.youtube.com/watch?v=FNyZoALnRww
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi