Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu
News24.az saytının fotoqrafı Teymur Məmmədov sayca 7-cisi baş tutan “35 Awards” beynəlxaq fotomüsabiqəsində “Ağ-qara” janrında qalib olub.
T.Məmmədovun “Sport and obstacle” (İdman və maneə) fotosu 27 min 347 foto arasında 3-cü yerə layiq görülüb.
Həmçinin sözügedən foto müsabiqənin kataloqununda da dərc olunacaq.
Onu da bildirək ki, qalib fotodakı qəhrəman 1994-cü ildə Qarabağ müharibəsi zamanı Füzuli bölgəsində mina partlaması zamanı sağ ayağını itirən qazi Çingiz Məmmədovdur.
Ç.Məmmədov “Qarabağ Amputee” Futbol Klubunun üzvüdür.
Qeyd edək ki, “35 Awards” beynəlxaq fotomüsabiqəsi 2015-ci ildən etibarən ənənəvi olaraq keçirilir. Müsabiqənin 7-ci ilində 174 ölkədən 124.8 min fotoqrafın ümumilikdə 470,5 min fotosu arasında seçim edilib.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi