Azərbaycanın qəhrəman qızı: Hökumə əliyevanın unudulmaz həyatı və irsi
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. Əgər həyatda olsaydı, 35 yaşını qeyd edəcəkdi.
Minval.info xəbər verir ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə dünyaya gəlib. 1993-cü ildə ailəsi ilə birlikdə işğal səbəbindən məcburi köçkün olaraq əvvəlcə Bərdəyə, daha sonra isə Rusiyaya köçüb. Təhsil həyatına Volqoqradda başlayaraq 1-6-cı sinifləri burada tamamlayıb, sonra isə Gəncəyə köçərək təhsilini davam etdirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, magistr və doktorantura təhsili alıb.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında (AZAL) fəaliyyət göstərməyə başlayan Hökumə Əliyeva, burada əvvəlcə tərcüməçi, daha sonra stüardessa və hüquqşünas kimi çalışıb. 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həyatını itirən ekipaj üzvlərindən biri olub. Onun “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda dərin iz buraxıb.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn edilib və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır