Baku TV-nin Rus redaksiyası 5 illik yubileyini qeyd edir
Baku TV-nin Rus redaksiyası (BAKU TV RU) 17 noyabrda fəaliyyətinin 5 illik yubileyini qeyd edir. Bu müddət ərzində redaksiya Azərbaycanın informasiya məkanında özünəməxsus yer tutub və rusdilli kontent izləyicilərinə geniş çeşiddə məlumatlar təqdim edib.
Minval.info xəbər verir ki, redaksiya beş il ərzində minlərlə süjet, yüzlərlə canlı yayım və müsahibələr hazırlayaraq geniş auditoriyaya çatdırıb. Kanal operativlik, aktuallıq və etibarlılıq prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirib.
Qısa müddətdə rəqəmsal məkanda böyük inkişafa nail olan BAKU TV RU, 2024-cü ildə aylıq baxış sayını 50 milyona çatdıraraq YouTube platformasında 1 milyon abunəçi həddini keçib və “Qızıl düymə” mükafatına layiq görülüb.
“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov, yubiley münasibətilə redaksiya heyətini təbrik edərək, Baku TV-nin beynəlxalq müstəvidə etibarlı informasiya mənbəyi kimi tanındığını bildirib. O, redaksiyanın operativ və peşəkar yanaşmasının milyonlarla izləyicinin rəğbətini qazandığını vurğulayıb.
Redaksiya, həmçinin bir çox beynəlxalq mükafatlara layiq görülüb və mühüm beynəlxalq tədbirləri işıqlandıraraq tamaşaçılara ətraflı məlumatlar çatdırıb. BAKU TV RU-nun YouTube kanalını hazırda 1,3 milyondan çox abunəçi izləyir və videoları ümumilikdə 1 milyard 932 milyon dəfə baxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
HBO "Harri Potter" serialından ilk görüntüləri təqdim etdi
Media və Yayım Şurası 7-ci Dünya Media Sammitində iştirak edir
Media və Yayım Şurası: Jurnalistlərə hücumlar narahatlıq doğurur
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi