18.11.2026 - 17:54
Azərbaycanda 104 kiloqram narkotik dövriyyədən çıxarıldı
Kriminal 135 baxış

Azərbaycanda 104 kiloqram narkotik dövriyyədən çıxarıldı

Mündəricat

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən ölkədə genişmiqyaslı əməliyyat keçirilib. Publika.az-ın məlumatına görə, bu əməliyyat nəticəsində 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həblər dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, əməliyyatlar paytaxt Bakı, Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında həyata keçirilib. Əməliyyatlar zamanı Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıb.

Araşdırmalar nəticəsində saxlanılan şəxslərin xaricdəki narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri açılıb və saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: