İtaliyada 13 yaşdan kiçiklərə sosial media yasağı gəlir
İtaliyada sağ koalisyon hökumətinin böyük ortağı olan İtaliyanın Qardaşları Partiyası (FdI), 13 yaşdan kiçik uşaqların sosial media platformalarına qeydiyyatdan keçməsini tamamilə qadağan edən tənzimləmə hazırlayıb. Bu yeni qayda, həmin yaş qrupundakı uşaqların sosial media istifadəsini məhdudlaşdırmağı və 13-16 yaş aralığındakılara yalnız valideynlərinin hesablarına bağlı profillər yaratmağı nəzərdə tutur. 16 yaşdan yuxarı olanlar isə öz müstəqil sosial media hesablarını açmaq imkanı əldə edəcəklər.
Minval.info xəbər verir ki, parlamentdə hazırda müzakirə olunan təhlükəsizlik fərmanına uşaqların təhlükəsizliyi çərçivəsində əlavə ediləcək bu tənzimləmənin ayın sonuna qədər səsverməyə çıxarılıb qanuniləşməsi gözlənilir.
Hökumətin kiçik ortaqlarından olan Liga Partiyasının Təhsil naziri Cüzeppe Valditara da bu tənzimləməyə dəstək verib. Valditara, “13 yaşdan kiçiklər üçün sosial medianı qadağan edən tənzimləmə gələrsə, məmnun olaram. Bu həmişə mənim mübarizəm olub,” deyə bildirib.
ƏLAQƏLİ
Avropa texnologiya liderləri Aİ-ni süni intellekt inqilabına qarşı tədbir görməyə çağırır
Sosial media şirkətləri, bu platformaların uşaqlar arasında psixoloji problemlərə səbəb olmasına dair artan qlobal narahatlıqlar səbəbindən alqoritmlərini dəyişdirmək üçün təzyiqlə üzləşirlər. Məsələn, Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial media qadağası artıq 1 noyabrdan etibarən qüvvəyə minib. 15-18 yaş aralığındakı istifadəçilər isə yaş təsdiqi etdikdən sonra məhdud xidmətlərdən istifadə edə bilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Voyager 1 artıq Dünya-dan bir işıq günü uzaqdadır
Yeni Ceyms Bond İsveçrə saat istehsalçıları arasında rəqabət yarada bilər
ABŞ-ın “Patriot” raketlərinin istehsalına Fransadan zərbə
Waymo şirkəti Kaliforniyada sürücüsüz taksi xidmətini dayandırdı
Ukrayna yaralı əsgərləri xilas etmək üçün uçan dronlardan istifadə edir