İrlandiyada ABŞ hərbi təyyarəsini məhv edən şəxs ittiham olundu
İrlandiyalı Daithi O’Corrain ABŞ hərbi C-130 təyyarəsini məhv etməkdə ittiham olunub. Prokurorların verdiyi məlumata görə, O’Corrain İrlandiyanın Şannon hava limanında ABŞ hərbi təyyarəsinə hücum edərək onu “praktiki olaraq məhv edib”. İndi o, hökumət əmlakını məhv etməkdə təqsirli bilinsə, 10 ilədək həbs cəzası ala bilər.
Minval.info xəbər verir ki, O’Corrain Nyu-Yorkda böyük münsiflər heyəti tərəfindən ittiham olunub və bu ittiham çərşənbə axşamı açıqlandı. O’Corrainin Nyu-Yorkun Cənub Dairəsinə gətirilərək həbs olunması gözlənilir.
Prokurorların bildirdiyinə görə, O’Corrain 11 aprel tarixində Şannon hava limanında təhlükəsizliyi pozaraq, park edilmiş ABŞ Hərbi Hava Milli Qvardiyasına məxsus C-130 Hercules təyyarəsinə girib və burada elektrik kabelləri və hidravlik xətləri kəsib, kabinədəki göstəriciləri qırıb. O, həmçinin təyyarənin xaricinə balta ilə zərər verdikdən sonra yanacaq çənlərinə metal bilyalar töküb.
ABŞ-ın Nyu-Yorkun Cənub Dairəsi prokurorunun ofisindən verilən məlumata görə, “O’Corrainin hücumu nəticəsində təyyarə praktik olaraq məhv olub”. Təyyarənin dəyəri təxminən 60 milyon dollar (54 milyon avro) olaraq qiymətləndirilir və o, artıq uçuş üçün yararlı vəziyyətdə deyil.
Hücumun səbəbi barədə məlumat verilməsə də, prokurorlar bunun “aylarla planlaşdırma və hazırlıq” tələb etdiyi qeyd edib. O’Corrain İrlandiya polis qüvvələri tərəfindən dərhal həbs olunub. O, cinayət əməlləri törətməkdə və qanunsuz əraziyə girməkdə ittiham olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
23 yaşlı Gülarənin qətli ilə bağlı cinayət təfərrüatları açıqlandı
Tibbi komaya salınan irlandiyalı boksçu Li Rivz vəfat etdi
Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
“Tərtər işi” ilə bağlı daha 3 nəfərə təzminat ödənəcək