Bel çevrəsinin ölçüsü ölüm riskindən xəbər verir: Alimlərdən gözlənilməz nəticə
Həm bel çevrəsinin həddindən artıq böyük, həm də çox kiçik olması ölüm riskini artırır. Bu nəticəyə Cənubi Koreyada 17,2 milyondan çox insanın sağlamlıq məlumatlarını araşdıran alimlər gəlib.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Epidemiology and Community Health” jurnalında dərc olunub.
Araşdırmaya görə, ölüm riskinin ən aşağı olduğu bel çevrəsi kişilərdə 80-94, qadınlarda isə 75-89 santimetrdir. Bu göstəricilərdən hər iki istiqamətdə kənarlaşma riskin artması ilə əlaqələndirilib.
Alimlər müəyyən ediblər ki, bel çevrəsinin hər 5 santimetr artması kişilərdə ölüm riskini 16 faiz, qadınlarda isə 14 faiz yüksəldir.
Tədqiqatçılar həmçinin bildiriblər ki, bədən çəkisini azaltmaqdan daha çox bel çevrəsinin kiçilməsi faydalı ola bilər. Bel çevrəsinin 5 santimetr azalması, çəki indeksi dəyişməsə belə, daha aşağı ölüm riski ilə əlaqələndirilib.
Alimlər vurğulayıblar ki, nəticələr müşahidə xarakterlidir və bel çevrəsinin dəyişməsinin birbaşa ömür uzunluğuna təsir etdiyini sübut etmir. Göstəricilər yaş, cins və bədən kütləsi indeksi nəzərə alınmaqla qiymətləndirilməlidir.
ƏLAQƏLİ
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
İqlim təsirləri də xroniki stres yaradırmış
Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır