Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib. Bu xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilib.
Publika.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, bu kateqoriyadan olan körpələr hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlardır. Onlar adətən az çəki ilə doğulur və müxtəlif sağlamlıq problemləri ilə üzləşirlər.
Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm rol oynayır. Bu xidmətlər körpələrin tənəffüs pozğunluqları, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri və inkişaf geriliyi kimi problemlərlə mübarizədə əhəmiyyətlidir.
ƏLAQƏLİ
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Məlumatda, həmçinin vurğulanıb ki, icbari tibbi sığorta çərçivəsində bu körpələrin müayinə və stasionar müalicəsi də təmin edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
İqlim təsirləri də xroniki stres yaradırmış
Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi