Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
“Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsindən (Gürcüstan – Azərbaycan sərhədindən) “Sarpi” Sərhəd Keçid Məntəqəsinə (Gürcüstan — Türkiyə sərhədi) qədər olan yol dörd saata qədər qısalacaq. Sputnik Gürcüstanın məluatına görə bunu Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departmentinin rəhbəri İrakliy Karseladze bildirib.O, diplomatik korpusun nümayəndələrini planlaşdırılan genişmiqyaslı infrastruktur layihələri ilə tanış edib: “Dəhlizin tam uzunluğu qısalacaq, hərəkət müddəti azalacaq. Əgər “Qırmızı Körpü”dən “Sarpi”yə getmək üçün 7-8 saat lazım idisə, işlərin bitməsindən sonra bu, 4-4,5-a qədər enəcək. Yolun bəzi yerlərində sürət həddi 80-100%, yəni iki dəfə artacaq”.
Karseladzenin sözlərinə görə, yaxın gələcəkdə nazirlik Qərbi Gürcüstanla Şərqi Gürcüstanı birləşdirən Rikotsk dərəsində tikinti işləri üçün tender elan etməyi planlaşdırır. Həmçinin Mtsxeta – Stepançminda – Lars beynəxlalq avtomagistralının bir hissəsi olacaq Kveşeti – Kobi yolunda dəyişikliklər planlaşdırılır.
“Rikotsk dərəsində 50 kilometrdən artıq yolun tikintisi nəzərdə tutulur ki, yolun üzərində 96 körpü və 53 tunel olacaq. Kveçeti – Kobi yolunun uzunluğu 22,7 kilometr olacaq ki, burada 6 körpü və 5 tunel olacaq. Bu tunellərdən biri Gürcüstanın ən böyük tuneli (9 kilometr) olacaq. Bu layihələrin həyata keçirilməsi üçün ümumilikdə iki milyard dollara yaxın vəsait xərclənəcək” — deyə Departament rəhbəri vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT
"Qubanın icra başçısı daşı daş üstə qoymadı..."
TRT: Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI
Rusların hücumu nəticəsində 153 uşaq ölüb
Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” – VİDEO, FOTO
Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?