Azərbaycanda zəncirvari qəza, xəsarət alan var
Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
“Minval.info” Qafqazinfo-ya istinadən xəbər verir ki, zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayon Nərmankənd ərazisində baş verib.
İlkin məlumatlara görə, yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan Ford markalı avtomaşın yolda olan beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən götürməyə gələn evakuator hadisə yerində dayanan zaman, “Opel” və “Lada” markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-ü də əzilib. Qəza zamanı Şəki rayon sakini 28 yaşlı Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır