Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə – Əməliyyat vaxtı öldü
Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayon sakini, 1988-ci il təvəllüdlü Orucova Türkan Sədi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.
Bildirilir ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.
(Publika.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır