Azərbaycanda yüksək vəzifəli alim vəfat etdi - FOTO
Azərbaycanlı alim, professor Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov 65 yaşında dünyasını dəyişib.
Minval.info real-a istinadən xəbər verir ki, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub.
1976-cı ildə SSRİ XİN-in nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1990-cı ilə qədər SSRİ XİN-də, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, “Qazprom”, “LUKoil”, “Transneft”, “Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. T.Bağırov 90-cı illərin ortalarında “Əsrin müqaviləsi” razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas şəxslərdən biri olub. “LUKoil”un bu müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun xidmətləri hesab olunur.
Fransanın keçmiş prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırovu “Fəxri legion” ordeni ilə təltif edib. Bağırov bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb. Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafat olub. . 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli “Qütb Ulduzu” ordeni ilə təltif edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu il 40 mindən çox ölüm faktı qeydə alınıb
Samir Şərifovun birinci müavini vəfat etdi
Bakıda casusluqda ittiham olunan ermənilərin məhkəməsi davam edir
Xanım sürücü "Prado" ilə Bakıda dəhşətli qəza törətdi - VİDEO
Bakıda yolun kənarında "bomj" öldü
Tovuzda ərzaq mağazası yanıb