Azərbaycanda yeniyetmə oğlan meyitlə cinsi əlaqəyə girdi - Təfərrüat
Füzulidə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Minval.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.
O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.
Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibəsi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb.
Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO