24.08.2021 - 14:32
Hadisə
3 baxış
Azərbaycanda yeniyetmə idmançı faciəvi şəkildə öldü

Zərdabda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, şəhər ərazisində Ağcabədi rayon sakini G.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu velosipedlə keçən rayon sakini Məmmədov Rüfət Zaur oğlunu vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən R.Məmmədov orada ölüb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən R.Məmmədov rayonda cüdo üzrə keçirilən idman yarışlarında bir neçə dəfə qalib olub. Hadisəni törədən “Mercedes” markalı mikroavtobus Zərdab-Ağcabədi marşrutu üzrə fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nişanlısından ayrıldı, özünü öldürdü - Bakıda intihar
19.07.2019 - 15:09
Bakıda intihar etmiş qız yeniyetmə olub - Yeni detallar (Video)
15.03.2019 - 08:27
Azərbaycanda 5 uşaq atası intihar edib
16.02.2019 - 16:01
Bakıda evdən 23 min manatlıq oğurluq olub
01.07.2020 - 12:52
Füzulidə 14 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
11.05.2022 - 14:04
Təyyarədə iki aylıq körpə öldü
04.10.2019 - 16:17