Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
“Minval.info” Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasında Musa Quliyev deyib.
O qeyd edib ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.
M.Quliyev vurğulayıb ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.
Qeyd edək ki, dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BDU-nun yeni rektorundan tələbəyə qarşı gözlənilməz addım – Video
Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır - FOTOFAKT
Zori Balayanı qaçıran xüsusi təyinatlı
Bakıda müşahidə olunan dumanın səbəbi açıqlanıb
Bakıda yaşlı kişi maşının təkərinin altında belə qaldı - REAL VİDEO + 16
Polis mülki geyimdə karantin rejiminin pozucularına qarşı tədbir görə bilər?