Azərbaycanda xəstəxanadan buraxılan qadın İNTİHAR ETDİ

Bərdədə intihar edən qadınla bağlı bəzi detallar məlum olub.
Minval.info-nun məlumatına görə, özünü Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalına ataraq həyatına son qoyan qadının 58 yaşlı Ağdam rayonu, Bənövşələr qəsəbə sakini Ətlaz Süleymanova olub. Əldə etdiyimiz məlumata görə, Ə. Süleymanova ruhi xəstəlikdən əziyyət çəkirmiş. Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olub və orada müalicə alırmış.
Bakıdakı dispanserdən yenicə buraxılıb və yaşadığı Ağdamın Bənövşələr qəsəbəsinə gəlib. O, rayona gələndən bir müddət sonra Bərdəyə gedərək, orada özünü Yuxarı Qarabağ kanalına atıb.
Qəsəbədə qadının bir oğlu yaşayır. Qadın özü əvvəllər Ağdam və Bərdədə peraşki bişirib satmaqla məşğul olub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 31-də Yuxarı Qarabağ kanalının Bərdənin Həsənli kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyiti tapılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır