Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir
Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.
İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.
Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.
Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib. Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.
Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın azyaşlı uşağa qarşı şiddət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”
Azərbaycanda benzin bahalaşdı - “Aİ-95”in yeni qiyməti
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir AÇIQLAMA
Elman Rüstəmov da istefa verdi?
"Siyavuşla Ofeliyanı Çingiz öldürdü" - Kubra Əliyeva sirrləri açdı
