Azərbaycanda sınaq imtahanında 4 nəfər yerinə başqasını göndərdi
Fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub.
“Minval.info” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır.
İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.
Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!