Azərbaycanda silahlı şəxslərə qarşı çıxan qızın üstünə traktor sürüldü - Video
Xaçmazda itlər kütləvi şəkildə güllənənib və buna etiraz edən qızın üstünə traktorun sürüldüyü deyilir.
Minval.info-ya daxil olan məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. Belə ki, şəhərin mərkəzi küçəsində bir neçə silahlı şəxs itləri güllələyərək öldürüb. Hadisədən az sonra xəbər tutan bir neçə Xaçmaz sakinləri bunun qarşısını almağa çalışıb. Lakin iddiaya görə, traktor sürücüsü maşını onların üzərinə sürüb. Hansı ki, həmin texnikanın yük yerinə öldürülən itlərin leşi atılıb.
“Bu gecə saat 1-dən sonra Xaçmazın mərkəzində itlər güllələnib. Heyvansevər bir dotumuz müdaxilə edib, amma traktoru onun üstünə sürüblər. Silahlı şəxslərdən biri maska taxıbmış. Heyvansevərlər çətinliklə olsa da, traktoru saxlatdıra biliblər” – şikayətçilər redaksiyamıza bildirib.
Qeyd edilir ki, silahlı şəxslər qaçaraq polis idarəsinə daxil olub və oraya sığınıblar: “İdarədən söyləyiblər ki, bu, icra başçısının göstərişidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Araz" marketin müdiri intihar etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb
Keçmiş baş həkim: “Hər ay icra başçısına 2 min verirdim” – Səs yazısı
Sumqayıtda mənzildən meyit tapılıb
Bakıda güclü partlayış baş verdi - FOTOLAR-VİDEO - YENİLƏNDİ-4