Azərbaycanda saxta kriptovalyuta satan qadın yenidən həbs edilib
Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan Gülara Abdullayeva həbs edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Bakı şəhər sakinləri – G.Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb ediliblər: “Məhkəmənin qərarı ilə Xəyal Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Gülara Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin sonradan Gülara Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi”.
“Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – Mətbuat Xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Naxçıvanla sərhədə hərəkət edən erməni hərbçilər qəzaya düşdü - 18 yaralı
Bakıda mühafizəçini iş başında döydülər
Bakıda maşın dirəyə çırpıldı - VİDEO
Yolda qarpız satan azərbaycanlını vurub öldürdü - Foto
Bakıda içərisində sərnişinlər olan avtobus yandı
Sabirabad mərkəzi bazarında baş vermiş yanğının qarşısı alınıb - FOTO