Azərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü - Xəsarət alanlar var
Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, “Mercedes” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfqanıstan ABŞ Prezidentinin son bəyanatı ilə bağlı izahat tələb edib
"ASAN xidmət"ə yeni səlahiyyətlər verildi - Bundan sonra...
Eldar Mahmudovun bacanağı da AzTV-dən çıxarıldı - Yerinə təyinat
Milli Məclis Saqiyan kəndinin Günəşli kəndi adlandırılmasını təsdiqlədi
Bu bayramda 4 gün iş olmayacaq
"Space TV"dən Elçin Əlibəyli ilə bağlı - AÇIQLAMA
“Onların var-dövləti vəzifədə olanda aşkarlanmalıdır”