Alkoqollu içkilərə yeni gömrük rüsumları tətbiq edildi
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumlarında dəyişikliklər edilib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bir sıra şərab məhsullarının idxalına 31 dekabr 2030-cu ilədək 15% gömrük rüsumu tətbiq olunacaq. Lakin bu rüsum hər litr üçün 3 ABŞ dollarından az olmayacaq.
Minval.info xəbər verir ki, spirtin faktiki qatılığı 18% və ya daha az olan bəzi şərablar üçün rüsum 15% olaraq müəyyən edilib, lakin hər litr üçün 2 ABŞ dollarından az olmamaq şərti ilə. Hazırda gömrük rüsumu tətbiq edilməyən bəzi şərab məhsullarının idxalına da 31 dekabr 2030-cu ilədək 15% rüsum tətbiq olunacaq, lakin hər litr üçün 3 ABŞ dollarından az olmamaqla.
Qərar qatılaşdırılmış şərablar üzrə də dəyişiklikləri əhatə edir. Bu məhsullar üçün də eyni tarixədək gömrük rüsumu 15%, lakin hər litr üçün 3 ABŞ dollarından az olmamaqla müəyyənləşdirilib. Konyak, viski, rom, cin, ardıc tinkturası və vodkanın gömrük rüsumları da dəyişdirilib. Bu içkilərin idxalına 31 dekabr 2030-cu ilədək 15% rüsum tətbiq ediləcək, lakin hər litr üçün 4 ABŞ dollarından az olmamaqla. Qərar 90 gün sonra qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yandex Ermənistan rəhbərinin Qarabağ bağlantısı ifşa oldu
Azərbaycan mənzil bazarında 14,5 illik çətinlik
Qalatasaray Sportinqə məğlub oldu, Liverpul sevindi
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi