Azərbaycanda qadın yol polisinin postunda doğdu - Video
Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb.
“Minval.info” avtosfer.az-a istinadən xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub.
Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətləri normaldır.
https://youtu.be/QF4Q_86NNts
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO